Goranboyda zəncirvarı yol qəzası olub

Goranboy rayonunda zəncirvarı yol qəzası baş verib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Qoşqulu yük maşını idarəetmədən çıxaraq 3 avtomobilə - iki "Mercedes" və "VAZ 21099" markalı avtomobillərə çırpılıb. Qəza nəticəsində yol infrastrukturuna da ziyan dəyib. Hadisə zamanı yüngül xəsarət alanlar olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv