Görün erməni separatçılar Ağdam ərazisindən necə istifadə ediblər
Lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən daha bir ərazidə narkotik plantasiyası aşkarlanıb. Ağdam rayonunun Sırxavənd kəndi ərazisində 10 hektara yaxın ərazidə kultivasiya yolu becərilmiş çətənə plantasiyası aşkar edilib. Hazırda DİN əməkdaşları plantasiya salınmış əraziyə ümumi baxış keçirir. DİN-nin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, hazırda daxili işlər orqanlarının əməkdaşları tərəfindən ərazidə müvafiq ekspertizalar təyin edilib, araşdırma aparılıb. Aşkar edilən çətənə kollarının bir hissəsi çıxarılıb və aqronom mütəxəssislər əraziyə dəvət olunub. DİN sözçüsü deyib ki, Ağdamın Sırxavənd kənində düzən ərazilərlə yanaşı dağ yamaclarında da narkotik əkilib. Separatçılar tərəfindən plantasiya ərazisi mühafizə zonasına daxil olub. Ərazidə gözətçi qülləsi var və silahlı mühafizəçilər burada xidmət aparıblar. Əlavə olaraq ərazidə 4 ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb. Emin Babayev, Fəzail Səfərov, APA TV