Görüşdə sakinlərin problemləri dinlənilib

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.

APA xəbər verir ki, səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.

Görüşdə 44 rayon sakininin şikayəti dinlənilib, 54 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb. Bildirilib ki, problemlər qısa müddətdə aid dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacaq. Görüşdən sonra Ordubad şəhərindəki Şəhidlər Xiyabanı ziyarət edilib.

Müəllif | Apa.Tv
Apa.tv