Göyçay sakini dəm qazından zəhərlənərək ölüb
Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Rəsul Rza küçəsindəki 38 saylı mənzildə qeydə alınıb. Rayon sakini, 1984-cü il təvəllüdlü Həsənov Emin Kamil oğlu yaşadığı evin hamam otağında kustar üsulla quraşdırılan su qızıdırıcısının içəri buraxdığı dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb, Emin Həsənov yaşadığı evdə dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.