Göyçay sakininin evi yandı

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Qaraman kəndində qeydə alınıb. Yanğın kənd sakini, 1969-cu il təvəllüdlü Əfəndiyev Şəhriyar Bəxtiyar oğluna məxsus ümumi sahəsi 196 kvadratmetr olan bir mərtəbəli 4 otaqlı evdə baş verib.

 

Alovun söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

Ev tamamilə yanaraq yararsız hala düşüb. Evdə yaşayış olmadığı üçün hadisə zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv
Apa.tv