Göyçay sakinləri illərdir qapısı bağlı qalan tarixi abidənin məhv olacağından narahatdır

Göyçayın ən qədim tarixi abidəsi olan “yeraltı hamam” məhv olmaq üzrədir. 10 ildən çoxdur Mədəniyyət Nazirliyinin təmir olunacaq tarixi abidələr siyahısına salınmasına baxmayaraq hələ də abidə tərk edilmiş şəkildə dağılmağa məhkum edilib.

 

Bəli, artıq ikinci dəfədir ki, bu hamammın harayına gəlirik. Amma budəfəki gəlişimizin səbəbi sakinlərin yenidən bizə hamamla bağlı müraciət etməsidir. Ön hissədən qapalı zibilliyi xatırladan bu məkan rayon sakinlərinin ürəklərini dağlayır. Divarları baxımsızlıqdan çat verib, pəncərələri qırılıb-tökülüb. Vətəndaşlar dəfələrlə çəkilişlər və müraciətlər edilməsinə baxmayaraq aidiyyəti qurumlar əraziyə baxış keçiriləcəyini, yaxın vaxtlarda təmir olunacağını bildirsələr də abidə illərdir təmir olunmur.

saxladıq. Heç də xoş qarşılanmayan suallarımıza 4 iş günü müddətində çətinliklə də olsa iki kəlimə cavab ala bildik. Aldığımız cavab isə heç də illərdir deyilənlərdən fərli olmadı:

 

“Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrində monitorinq aparılır, onların faktiki durumu, texniki vəziyyəti öyrənilir. Aparılan monitorinq tədbirlərindən sonra abidələrin qorunması, bərpa və konservasiyası ilə bağlı müvafiq tədbirlər görüləcəkdir.”

 

Bu sirli yer altı hamamı Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə qızına cehiz olaraq inşa etdirib. Hamamın sirli yanlarından biri də odur ki, hamamın çirkab sularının hələ də hara və necə axıdıldığı heç kimə məlum deyil. Yeraltı hamam adı ona hamamın əsas hissəsi torpaq səthinin bir qədər altında inşa edilməsi ilə verilib.Hamamın digər özünəməxsusluğu qızdırıcı şəbəkənin olmamasıdır.

135 il əvvəl tikilmiş bu sirli “Yeraltı Hamam”ı XIX əsrdə Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə qızına cehiz olaraq inşa etdirib. Kümbəzli unikal memarlıq abidəsi olan hamamın fəaliyyəti sovet dövründə dayandırılıb. Ötən əsrin 30-40-cı illərində hamam həbsxanaya çevrilib.  

Müəllif | Apa.Tv
Apa.tv