Göyçay və Ağsuda yaşadığı evi tərk edən COVID-19 xəstələri barədə cinayət işi açıldı

Göyçay və Ağsu Rayon Polis Şöbələrinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstələrini aşkarlayıblar.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçay rayonunun Kürdəmiş kənd sakini Nicat Babaşov və Ağsu şəhər sakini Gülalı Əliyev COVID-19 virusuna yoluxduğu üçün onlara ev şəraitində müalicə təyin edilib və qaydalar izah olunub.

 

Lakin, hər iki şəxs qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıblar. Onlar həkimlərin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

 

Hər iki şəxs barəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv