Göyçaya oğurluğa gələn 3 nəfər tutuldu

 

Göyçayda rayon infrastrukturuna zərər vuraraq oğurluq edən şəxslər yaxalanıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, saxlanılan 3 nəfər Kürdəmir rayon sakinləridir.

Onlar Göyçay rayonu ərazisində 650 metr uzunluğu olan alüminium naqili oğurlayıb.

Hər 3 şəxs Göyçay polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv