Göyçayda “07” faciəsi: gənclərdən biri öldü, digəri...
Göyçayda ölümlə nəticələnən avtoqəza baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə noyabrın 27-də Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb.
23-BL-046 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü - rayonun Ləkçıplaq kənd sakini, 1995-ci il təvəllüdlü Rüstəmov Ruslan Ramiz oğlu və onun həmyaşıdı olan sərnişini - Şamilov Elxan Füzuli oğlu ağır xəsarətlərlə Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Həkimlər Ruslan Rüstəmovun həyatını xilas edə bilməyib, reanimasiya şöbəsinə yerləşdirilən Elxan Şamilovun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.