Göyçayda 6 otaqlı ev və çardaq yandı

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçayın Kürdəmiş kəndində qeydə alınıb.

 

Kənd sakini Şakir Əliyevə məxsus 6 otaqlı evdə baş verən yanğın zamanı evin əşyaları və çardaq yanaraq yararsız hala düşüb.

 

Yanğının söndürülməsi üçün əraziyə Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyi nəticəsində alovun yaxınlıqdakı başqa tikililərə keçməsinin qarşısı alınaraq yanğın söndürülüb.

 

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.   

Müəllif | Apa.Tv
Apa.tv