Göyçayda ağır yol qəzası – MÜƏLLİM VƏ DAHA 3 NƏFƏR YARALANDI
Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Volkswagen Passat" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Volkswagen Passat"ın sürücüsü, Göyçay rayonu Müskürlü kənd sakini, orta məktəb müəllimi Aynur İbrahimova, bacısı Nazənin İbrahimova, Gəncə şəhər sakini Nəzakət Abdullayeva, eləcə də, "VAZ-2107"nin sürücüsü Ramiz Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov,
APA TV