12:08 23 iyun 2022 350
Ana səhifə Xəbərlər

Göyçayda avtomobil ağaca çırpılıb, yaralılar var

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə ötən gecə "VAZ 21011" markalı minik avtomobili Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı rayonun Qaraxıdır kənd sakinləri, 1968-ci il təvəllüdlü Abdullayev Fərman Mehman oğlu, 2010-cu il təvəllüdlü Abdullayev Əlvan Fərman oğlu xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın