Göyçayda evdə toy edənlər cərimələndi

Polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçay Rayon Polis Şöbəsinə şəhər sakini Qadir Mahmudovun oğlunun evlənməsi məqsədilə evində məclisi təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin qaydalarının pozulması hallarını aşkar ediblər. Ev sahibi və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət olunub.


Xüsusi karantin qaydalarını pozan 11 nəfər barəsində tədbir görülüb və onlar cərimə ediliblər.


Şahnəzər Bəşirov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv