Göyçayda iki “Jiquli” qəzaya düşdü - 3 YARALI

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Çayarxı kəndi ərazisində qeydə alınıb.

23-BM-673 dövlət nömrə nişanlı "VAZ 2107" və 09-BS-554 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Çayarxı kənd sakini, 1989-cu il təvəllüdlü Hümbətov Ümid Mustafa oğlu, Qarabaqqal kənd sakinləri - 1994-cü il təvəllüdlü Yusifli Nuru Paşa oğlu, Yəhyayev İlqar Fəxrəddin oğlu xəsarət alıb. Yaralılar Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv