Göyçayda iki “Jiquli” toqquşdu - 4 YARALI

 

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Göyçayın Şəhadət kəndi ərazisində qeydə alınıb.

 

"VAZ-2107" və "VAZ-2104" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bakı sakini, 1962-ci il təvəllüdlü İbadov İntiqam Yolçu oğlu, Mingəçevir sakini, 1969-cu il təvəllüdlü İsmayılova Xatirə Nadir qızı, Göyçayın Şəhadət kənd sakini, 1962-ci il təvəllüdlü Rəsulov İkram Çıraq oğlu və Şəkər kənd sakini, 1960-cı il təvəllüdlü Ələkbərov Kamil Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv