Göyçayda kənd sakininin evi yandı
Göyçay rayonunun Çərəkə kəndində yanğın olub.
APA FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 145 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.