Göyçayda "Kia" markalı maşın yanıb - APA TV
Göyçayda yanğın hadisəsi baş verib.
APA TV-nin bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayon sakini Natiq Əliyevə məxsus “Kia Sorento” markalı minik avtomobili alışaraq yanıb. Hadisə yerinə Göyçay rayon Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürən maşını cəlb olunub.
Yanğın qısa zamanda söndürülüb.
Faktla bağlı araşdırma aparılır.