Göyçayda köhnə bazarda 5 mağaza yanıb

Göyçay rayonunda bazar ərazisində yanğın baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. Göyçay rayonunda köhnə meyvə tərəvəz və geyim əşyaları bazarı kimi tanınan "Göyçay-Bazar" ASC-nin ərazisində başlanan yanğın FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti tərəfindən qısa vaxt ərzində söndürülüb.

Hadisə zamanı ümumi sahəsi 100 kvadratmetr olan 5 mağaza yanıb, 2400 kvadratmetr ərazi alovdan mühafizə edilib, yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Mağaza sahiblərinə xeyli maddi ziyan dəyib. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv