Göyçayda minik maşınları toqquşdu – YARALILAR VAR
Göyçayda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarabaqqal kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 1964-cü il təvəllüdlü Əhməd Bəşirovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə 1944-cü il təvəllüdlü Fəzail İbadova məxsus "QAZ 2410" markalı minik maşını toqquşub.
Hadisə zamanı hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb.
"QAZ 2410"-un sərnişini Mədinə Həsənova isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV