Göyçayda narkotik yetişdirən şəxs həbs edildi

Göyçayda narkotik bitkilər yetişdirən şəxs saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Qəbələ Müskürlü kənd sakini, əvvəllər də məhkum olunmuş Teymur Əmircanov yaxalanıb.

Onun kənd ərazisində yaşadığı evin həyətinə baxış keçirilən zaman oradan xüsusi qulluq göstərilməklə yetişdirilən 30 ədəd çətənə kolu və 1 kiloqram 480 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs çətənə kollarını mart ayında əkdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv