Göyçayda qəbiristanlıq zibil poliqonuna çevrildi
Yox, yox. Bura zibillik yox, Göyçay rayonunda yerləşən qəbiristanlıqdır. Ərəbcəbirli qəbiristanlığı və rayonun şəhidlər qəbiristanlığı kimi tanınan mərkəzi qəbiristanlığı tullantılar dənizinə çevrilib.
Sakinlər bildirir ki, ərazidə çox vaxt otlayan mal-qara görmək mümkündür. Yerli camaat dəfələrlə ərazidə iməclik keçirsələr də qısa zamanda buranın yenə zibilxanaya çevrilməsindən şikayətlənirlər. Bu biabırçı mənzərəni görəndə, adam deməyə söz tapmır.