Göyçayda şəhid Fərid Mövsümovun adı əbədiləşdirilib

Qırx dörd günlük zəfər dolu İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də Fərid Mövsümovdur.

APA TV- nin yerli bürosunun xəbərinə görə, Fərid Mövsümov 1987-ci ildə Göyçay şəhərində  anadan olub. Sentyabrdın 27-də başlayan vətən müharibəsində könüllü olaraq ordu sıralarına qatılıb. İlk olaraq Füzuli istiqamətindəki döyüşlərdə iştirak edib. Fərid Mövsümov müharibədə olduğu zaman ermənilərin xeyli sayda canlı qüvvəsini, texnikası məhv edib. Daha sonra kəşfiyyatçı kimi daha öndə olub. Oktyabrın 29-da aldığı ağır güllə yarası onun ölümünə səbəb olub. Oktyabrın 30-da Göyçay şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Fərid hələ gənc yaşında olarkən ata və anasını itirdiyi üçün əmisinin və bibisinin himayəsində olub. Ötən gün həm də şəhidimizin ad günü olub. Bu səbəbdən qohumları, Fəridi tanıyan və tanımayan rayon əhalisi, dostları, sinif yoldaşları, müəllimləri və rayon ərazisində olan şəhidlərimizin valideynləri onun məzarını ziyət ediblər.

Şəhidimizin adının əbədiləşdirməsi məqsədi ilə adına küçə verilib.

Qeyd edək ki, Fərid Mövsümov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda, medalı ilə təltif edilib.

 

Şahnəzər Bəşirov

 

 

Müəllif | Apa.Tv
Apa.tv