Göyçayda tövlədə başlayan yanğın evə keçib
Göyçay rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çayarxı kəndində qeydə alınıb.
Kənd sakini, 1983-cü il təvəllüdlü Elman İlqar oğlu Salmanova məxsus evin həyətindəki ümumi sahəsi 40 kvadrat metr olan tövlədə yanğın olub. Alov qısa vaxtda tövlədən yaxınlıqdakı evə keçib. Nəticədə ümumi sahəsi 260 kvadratmetr olan 4 otaqlı evin 100 kvadratmetrlik hissəsi, tövlə və 2 ton ot yanıb.
Yanğını söndürmək üçün əraziyə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili, Ucar rayonundan isə 1 yanğınsöndürən avtomobili cəlb edilib. Yanğınsöndürənlər alovun genişlənməsinin qarşısını alıb. Evdə baş verən yanğın tam söndürülüb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov