Göygöl və Samuxda oğurluq edən keçmiş məhkumlar tutuldu

Göygöldə və Samuxda oğurluq edən şəxslər saxlanılıb

APA TV-nin yerli bürosunun xəbərinə görə, Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evindən və avtomobillərdən oğurluq edən Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Mehran Hüseynov yaxalanıb.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər oğurluq cinayətləri törətdiyi də aşkar edilib. Belə ki, o, tanışı, Gəncə şəhər sakini Elmir İsamyılovla birlikdə Göygöl rayonunda avtomobillərdən musiqi avadanlıqlarını oğurlayaraq satıblar.

Samux polisi də rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb. Belə ki, rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elşən Bayramov Sərkar kəndində yerləşən, əvvəllər işlədiyi kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulan anbardan ümumi dəyəri 3000 manat olan, müxtəlif elektrik avadanlıqlarını oğurlayıb.

Elşən Bayramov oğurladığı əşyaları 200 manata satdığını etiraf edib:

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv