Göygöldə “07” faciəsi: 5 ölü - HADİSƏ YERİNDƏN
Göygöldə dəhşətli qəza baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
”VAZ 2107” markalı avtomobil qarşıda hərəkətdə olan “Mercedes” markalı yük maşınına arxadan çırpılıb.
Nəticədə sürücü - 1993-cü il təvəllüdlü İbrahimzadə Bayram Hüseyn oğlu ilə birlikdə 3 sərnişin - 1985-ci il təvəllüdlü Mahmudov Zamiq Ələddin oğlu, 1984-cü il təvəllüdlü İbrahimov Tural Məmməd oğlu və 1995-ci il təvəllüdlü Hüseynov Oruc İlham oğlu hadisə yerində keçiniblər.
Avtomobildəki digər sərnişin - 1996-cı il təvəllüdlü Atakişyev Qüdrət Tofiq oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.