Göygöldə 23 yaşlı şəxs bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.

 

Daşkəsən rayon sakini, 1998-ci il təvəllüdlü Arzu Orucov başının və çənə nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, 23 yaşlı şəxs tanışı tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv