Göygöldə ağır qəza baş verdi

Göygöldə avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

“VAZ-2106” ilə “Chevrolet Cruze” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılar 1957-ci il təvəllüdlü Mobil Zeynalov, 1957-ci il təvəllüdlü Elminaz Zeynalova, 1992-ci il təvəllüdlü Türkan Zeynalovadır. Onlardan birinin vəziyyəti ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Göygöl

Müəllif | Apa.Tv
Apa.tv