Göygöldə ağır qəza – SÜRÜCÜNÜN HƏYAT YOLDAŞI ÖLDÜ
Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşıqlı kəndinin ərazisində qeydə alınıb.
32 yaşlı Goranboy rayon sakini Elməddin Novruzov idarə etdiyi “QAZ-24” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq işıq dirəyinə, qaz borusuna və hasara çırpılıb.
Qəza zamanı sürücünün həyat yoldaşı 29 yaşlı Dürdanə Namazova hadisə yerində dünyasını dəyişib. Sürücü və onun 3 sərnişini - 60 yaşlı Gülnaz Namazova, 33 yaşlı Turanə Namazova və digər bir nəfər yüngül xəsarət alıb. Xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV