Göygöldə ana və qızını maşın vurub
Göygöldə iki nəfərin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
1964-cü il təvəllüdlü Sevda Məhərrəmova və qızı, 1986-cı il təvəllüdlü Əfsanə Məhərrəmova yolu keçmək istəyən zaman naməlum avtomobil tərəfindən vurulub.
Onlar müxtəlif xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib.
Vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.