Göygöldə baş verən qəzada 2 nəfər xəsarət aldı

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Toğanlı yolunun rayonun Qızılqaya qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv