Göygöldə cücə sexi yanıb

Göygöldə cücə sexində yanğın  baş verib.

 

APA TV xəbər verir ki, hadisə rayonun Qızılca qəsəbəsində qeydə alınıb.

 

Ümumi sahəsi 1000 kvm olan ərazinin dəmir taxtadan ibarət 400 kvm konsturksiyası  tamami ilə yanıb. Yanğın zamanı sex boş olub.

 

Alovu söndürmək üçün hadisə yerinə Göygöl və Gəncə şəhər Yanğından mühafizə xidmətinin ümumilikdə 5 briqadası cəlb edilib.

 

Təxminən 1 saat ərzində alovun qarşısı alınıb. Hadisənin dəqiq səbəbləri bilinməsə də ilkin səbəb kimi elektrik naqillərində yaranan qısa qapanma göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv