Göygöldə ər-arvad avtomobildə yanaraq öldü

Göygöldə avtomobil yanıb.

Hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 21099" markalı minik maşını yanıb. Avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlu və həyat yoldaşı, 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allaheverən qızı yanaraq ölüb. Onların ər-arvad olduğu bildirilir. Məlumata görə hadisə ötən gün baş verib. Hadisədən isə bu gün günorta saatlarında xəbər tutulub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv