Göygöldə evdən oğurluq edən dəstə zərərsizləşdirildi

Göygöldə evdən oğurluq edən şəxslər saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 11-də rayonun Yeni Zod kəndində evdən oğurluq edən şəxslər saxlanılıb.

Rayon sakinləri,  31 yaşlı Xəyal Orucov, 28 yaşlı Elvin  Məmmədov, 35 yaşlı  Ərşad İsmayılov və əvvəllər məhkum olunmuş Təbriz İsmayılov həmkəndlilərinin evinə gizli yolla daxil olaraq həyətyanı sahədən 2000 manat dəyərində su mühərrikini və 650 manat dəyərində qaynaq aparatını oğurlayıblar.

Keçirilən əməliyyat nəticəsində Elvin Məmmədov, Xəyal Orucov və Təbriz İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.

Ərşad İsmayılovun yerinin müəyyənləşdirilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv