Göygöldə iki avtomobil toqquşdu - 4 YARALI
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qıcılca kəndində qeydə alınıb.
“VAZ-21015” markalı minik maşını "VAZ-2106" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar - Daşkəsən rayon sakini, 1993-cü il təvəllüdlü İsmayılov Tural Mətləb oğlu, Şamaxı rayon sakini, 2001-ci il təvəllüdlü Ağacanov Məxsud Hikmət oğlu, 1995-ci il təvəllüdlü Zeynalov Hasil Sahib oğlu və 1993-cü il təvəllüdlü Asif Abbasovdur. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.