Göygöldə iki “Jiquli” toqquşdu
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun rayonun Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki hərəkətdə olan “VAZ-2106” markalı minik maşını ilə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ-2106”-nın sürücüsü, 1985-ci il təvəllüdlü Daşkəsən rayon sakini Oruc Rəfail Nizami oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.