Göygöldə iki maşın toqquşdu – 2 YARALI

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun rayonun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb.

 

1991-ci il təvəllüdlü İsmayıl Nizaməddin oğlu Abbasov idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən 2000-ci il təvəllüdlü Nicat Natiq oğlu Qənbərovun idarə etdiyi “Ford” markalı maşınla toqquşub. Qəza zamanı “Mercedes”in sərnişinləri, Kürdəmir rayon Karrar kənd sakinləri – 1996-cı il təvəllüdlü Beyrək Valeh oğlu Ələkbərov və 1998-ci il təvəllüdlü Əliağa Şəmsi oğlu Zalıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

 

Hadisə yerinə DYP əməkdaşları və  təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv