Göygöldə "KamAZ" qoyun sürüsünə çırpılıb

Göygöldə yük maşını qoyun sürüsünə çırpılaraq, çox sayda xırdabuynuzlu heyvanı tələf edib.

APA TV xəbər verir ki, hadisə  Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki,  üzü Qazax istiqamətdə olan yük maşını 1000 baş xırda buynuzlu heyvana sürüsünə  çırpılıb. Nəticədə sürüdən 20-dən artıq heyvan tələF olub, bir  qismi isə yaralanıb. Təsərrüfat sahibi bildirib ki, ona 6000 min manatdan artıq ziyan dəyib.

Əkdaşlarımız hadisə baş verən ərazidə olublar. Məlum olub ki, hadisə zamanı sürünün yanında olan çoban da yüngül xəsarət alıb. Çobanın sözlərinə görə, hadisə  anidən baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv