Göygöldə koronavirus xəstələri barədə cinayət işi açıldı

Göygöl rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini, Vüqar Rzayevin karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etdiyini müəyyən ediblər.

 

DİN mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, polis əməkdaşları onu yaşadığı ünvana göndərib.

 

Keçirilən digər tədbir zamanı rayon sakini Murad Paşayevin də koronavirus testinin nəticəsinin pozitiv çıxmasını bilə-bilə yaşadığı evi tərk etməsi aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə o, evə göndərilib.

 

Həmin şəxslər barəsində cinayət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv