Göygöldə mebel mağazasında yanğın qəsdən törədilib

Göygöl rayonunun Quşqara kəndində mebel salonunda baş verən yanğının qəsdən törədilməsi müəyyən olunub.

Gecə saatlarında baş verən yanğına FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000 m² sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Mebel salonunun sahibi Pərviz Hacıyev bildirib ki, görə ona 2 milyon manat dəyərində ziyan dəyib. Salonun içərisində olan bütün məhsullar mağaza ilə birlikdə yanaraq kül olub.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının hadisə ilə bağlı apardıqları operativ araşdırma nəticəsində, ilkin ehtimala görə yanğının qəsdən törədildiyi müəyyən edilib.

Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv