Göygöldə məcburi köçkünlər üçün yeni qəsəbə salınıb
Göygöl rayonunda məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib.
APA TV-nin qərb bürosunun məlumatına görə, 1,5 hektar torpaq sahəsində 130 məcburi köçkün ailəsi üçün inşa edilən çoxmərtəbəli binaların tikintisinə 2019-cu ilin avqust ayında başlanıb.
Hər biri 5 mərtəbəli olmaqla 3 yaşayış binasındakı mənzillərdən 15-i 1, 55-i 2, 50-i 3, 10-u 4 otaqlıdır.
Bu kompleksə Göygöl rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.
Elektrik, qaz, içməli su təchizatı ilə bağlı bütün işlər görülüb, kanalizasiya və rabitə xətti çəkilib. Kompleksdə məhəllədaxili yollar tikilib, yaşıllıqlar salınıb.