Göygöldə mikroavtobusla minik maşını toqquşub
Göygöldə mikroavtobus minik maşını ilə toqquşub.
Hadisə bu gün günorta saatlarında Göygöl şəhərinin mərkəzi xəstəxanasının qarşısında qeydə alınıb. “Mercedes” markalı mikroavtobusla “Prado” markalı minik maşını toqquşub.
Qəza zamanı mikroavtobusda olan sərnişinlərdən 3 nəfər xəsarət alaraq Göygöl rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar 1996-cı il təvəllüdlü Seymur Ədalət oğlu Mirzəyev , 2002-ci il təvəllüdlü Mirhüseyn Firuddin oğlu Əliyev və 1962-ci il təvəllüdlü Səmayə Kamran qızı Vəliyevadır. Yaralılardan ikisi ambulator müalicədən sonra evə buraxılıb, bir nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir.
Minik maşınında olan sərnişin hadisəni belə xatırlayır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV