Göygöldə dəhşətli qəza: 1 ölü, 2 yaralı var
Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA Tv-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Belə ki, qəza zamanı "Ford" markalı kiçiktutumlu yük maşını, hərəkətədə olan zaman yolun kənarında dayanan "Zil" markalı yük maşınına arxadan çırpılıb.
Nəticədə, Fordun sərnişini 1984-cü il təvəllüdlü Orucova Aidə Telman qızı hadisə yerində dünyasını dəyişib. 1986-cı il təvəllüdlü Həsənova Südabə Lətif qızı və 2013-cü il təvəllüdlü Orucova Fatimə Natıq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Yaralılardan Həsənova Südabənin vəziyyətinin ağır olduğu bildirlir.
Qeyd edək ki, qəza zamanı Ford Tranzitin və “Zil” in sürücüsü xəsarət almayıb. İlkin etimala görə, qəzaya səbəb yüksək sürət olub.
Faktla bağlı, Göygöl rayon polis şöbəsində araşdırma aparılır.