Göygöldə qonşusunun evindən oğurluq edən keçmiş məhkum tutuldu
Göygöldə qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, yanvarın 13-də Göygöl rayon sakini Məhərrəm Qasımov Rayon Polis Şöbəsinə müraciət edərək yaşadığı evdən 750 manat nağd pulun və 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.
Müraciətlə bağlı polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, bir neçə dəfə məhkum olunmuş Həsrət Fərəcov saxlanılaraq şöbəyə gətirilib.
Dindirilmə zamanı Həsrət Fərəcov törətdiyi cinayət hadisəsini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.