Göygöldə yolun kənarında kişi meyiti tapılıb
Göygöl rayonunda yol kənarında yaşlı kişi meyiti tapılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb. Meyiti tapılan şəxsin Gəncə sakini, 1936-cı il təvəllüdlü Qurbanov Sabir Cəlil oğlu olduğu müəyyən edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.