Göygölün icra başçısı vəzifəsindən azad edildi

Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

 

APA TV-nin xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. 

 

Qeyd edək ki, Arif Seyidov 23 fevral 2006-cı ildən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı idi. 2017-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdi.

Müəllif | Apa.Tv
Apa.tv