Gözəl olur səndə yay, qış, bahar... SUQOVUŞANDAN REPORTAJ

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi digər yaşayış məntəqələrimiz kimi, Suqovuşana da həyat yenidən qayıdır.

Yaşayış binalarının bərpası, turizm zonalarının yaradılması, bir sözlə həyatın canlanması var bu gün Suqovuşanda.  

Bütövlükdə həm Qarabağda, həm Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri planlı şəkildə aparılır.

Prezident İlham Əlieyin də dediyi kimi, qısa müddət ərzində ancaq böyük səmərə ilə və böyük keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazidə həyat canlanır.

Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq.

Çünki sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir.

Artıq Suqovuşanda yeni küçələr salınır, işıq, qaz su xətləridə  çəkilir. Fərdi yaşayış evləri bərpa olur və ya yenidən tikilir.

Eyni zamanda məktəb, bağça da inşa olunacaq.

Ölkə başçısı iştirakı ilə təməli qoyulan yeni məscidin ümumi ərazisi 0,6 hektardır. Kompleksə məscid binası, köməkçi bina, dəstəmaz otağı və avtodayanacaq daxildir. İki mərtəbədən ibarət olacaq məscid binasının uzunluğu 16,8 metr, eni isə 11,2 metr təşkil edəcək.

Layihəyə əsasən məsciddə eyni vaxtda 110 nəfərin ibadət etməsi üçün şərait yaradılacaq.

Suqovuşan turizm potensialı ilə seçilən ərazilərdəndir.

Kəndin saf dağ iqlimi, gözəl təbiət mənzərələri, Tərtərçayın kənarında yerləşməsi, tarixi abidələri, su anbarı burada turizmin inkişafı üçün çox əlverişlidir. Sadaladığımız bu amillər, eyni zamanda, kəndə gedən avtomibil yolunun yenidən qurulması gələcəkdə Suqovuşanın turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır:

Suqovuşan böyük yarışlara və ya beynəlxalq tədbirlərə də ev sahibliyi edəcək.

Bundan başqa Suqovuşanda  yeni çəkilən işıq xətləri, istər təhlükəsizliyinə görə, istər itkisinə görə istərsə də qeyri sabit hava şəraitinə dözümlülüyünə görə seçiləcək.

Bəli, çox keçməyəcək ki, suqovuşanlılar doğma kəndlərinə dönəcəklər və onların Suqovuşanda yenidən xoşbəxt günləri başlayacaq.

 

Habil Aslanoğlu

Ziya İsmayılov Tərtər Suqovuşan

 

 

Müəllif | Apa.Tv
Apa.tv