GUAM PA: Milli Məclisə seçkilər azad və ədalətli şəkildə keçirilib

"Milli Məclisə növbədənkənar seçkilər azad və ədalətli şəkildə keçirilib".

 

APA TV-nin verdiyi məlumata görə, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar keçirilən mətbuat konfransında GUAM Parlament Assambleyasının müşahidə missiyasının üzvü, Ukraynalı deputat Maryan Zablotskiy deyib.  

 

Onun sözlərinə görə, Azərbaycan parlamentinə seçkilər beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib: "Dəvətə görə Azərbaycan hökumətinə, qonaqpərvərliyə görə isə Azərbaycan xalqına təşəkkür edirəm. Səsvermə prosesini bir neçə məntəqədə izlədik. Çox demokratik seçki keçirildi. Burada seçicilərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün hər cür şərait yaradılıb".  

 

Maryan Zablotskiy müşahidə apardıqları məntəqələrdə heç bir pozuntu hallarına rast gəlmədiklərini qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv