Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Yanvarın 30-da Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.  Şimal-qərb küləyi əsəcək. 

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu,  nisbi rütubət  80-90 faiz təşkil edəcək. 

 

Yanvarın 30-da Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 0-4, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 0-3 dərəcə şaxta olacaq. 

 

Yanvarın 30-da Abşeron yarımadasında sakit hava şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, havada rütubətliliyin çox olması bəzi  insanlarda narahatlıq hissi yarada bilər. 

 

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında yanvarın 30-u arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Yanvarın 31-də cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

 

Azərbaycanın rayonlarında yanvarın 30-da ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Yanvarın 31-də qərb küləyi əsəcək, bəzi yerlərdə 20-25 m/s-dək güclənəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv