Güclü külək əsəcək, yağış, sulu qar, qar yağacaq – HAVA PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, mülayim şimal-qərb küləyi axşam güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz  8-11, Bakıda  gecə 5-7, gündüz  9-11 dərəcə isti olacaq.

 

Rayonlarda isə arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

 

Gecə və səhər saatlarında duman olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir  güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu  gecə  3-8, gündüz  10-15 dərəcə isti,  dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə şaxta  olacaq.  

 

Müəllif | Apa.Tv
Apa.tv