Güclü təsiredici maddələr satan Quba sakinləri yaxalandı

Qubada “tramadol” satan şəxslər saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Tramadol” həblərinin qanunsuz olaraq satışında şübhəli bilinən Qırmızı qəsəbə sakini Arsen Abramov saxlanılıb.

Dindirilmə zamanı o, həmin güclü təsiredici maddələri Şikar adlı şəxsdən əldə etdiyini bildirib: “Məni polislər tramadol satmaq istəyərkən polislər saxlayıb. Həmin tabletkanı Qubada Şirak adlı şəxsin aptekindən alıb üstünə pul qoyub satmaq istəyirdim. Peşmanam”.

Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat nəticəsində Şikar Məmmədov da saxlanılaraq istintaqa təqdim olunub: “Qubada aptek işlədirəm. Əvvəldən tanıdığım Arsen tramadol istədi mən də satdım. Peşmanam”.

Həmin şəxslərdən “Tramadol” həbləri aşkarlanıb.

Hər iki şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv